Balaca Şəhzadə ilə tanışlıgım

  Söhbət etməyə bir insan tapmadan, günlərim beləcə bir müddət tənhalıqda keçdi. Buvəziyyət, altı il əvvəl təyyarənin mühərrikinin xarab olub, Böyük Səhraya enməyə məcburolduğum vaxta qədər davam etdi. Yanımda nə mexanik, nə sərnişin olduğundan, tək özüm buçətin təmir işinin öhdəsindən gəlməyə cəhd etməli idim. Mənim üçün, bu, ölüm-dirim məsələ-siidi. Bir həftəyə güclə çatacaq qədər içməyə suyum var idi. Mən ilk gecəni, səhra qumlarıüstündə yat-malı oldum. Bu qəza yeri yaşayış yerlərindən min mil aralıda yerləşirdi. Gəmidəqəzaya uğramış, dəryanın ortasında salın üstündə tənha qalmış adamdan da betər təcridolunmuşdum. Dan yeri söküləndə, məzəli uşaq səsinin məni yuxudan oyatmasından doğantəəccübümü təsəvvür edin. O səs deyirdi:- Lütfən... mənə bir qoyun şəkli çək!- Nə dedin?- Mənə bir qoyun şəkli çək...İldırım vurmuş adam kimi sıçrayıb ayağa qalxdım. Gözlərimi yaxşı-yaxşı ovuşdurdum.Ətrafıma baxdım. Qarşımda, məni ciddi şəkildə nəzərdən keçirən çox qəribə balaca bir adamgördüm. Sonralar çəkə bildiyim onun ən yaxşı şəkli budur.Amma, mənim bu şəklimdə, o, əslində olduğundan əlbəttə az valehedicidir, az gözəldir. Bumənim günahım deyil. Altı yaşımda, rəssamlıq sənətini öyrənmək istədiyim vaxt böyüklər məniruhdan salmışdılar və məni inandırmışdılar ki, məndən rəssam çıxmaz. Mən də əfi ilanın zahirivə daxili görünüşünü çəkməkdən savayı bir şey öyrənməmişdim.Təəccübdən bərəlmiş gözlərimi hardansa peyda olmuş bu xilqətə dikmişdim. Unutmayın ki, məninsan məskənindən min mil uzaqda idim. Bununla belə, bu oğlan nə yol azana, nə yorğunluqdan,aclıqdan, susuzluqdan və qorxu-dan ölənə oxşayırdı. Onda, yaşayış məskənin dən min mil aralı,səhranın ortasında itmiş uşaq görkəmindən əsər-əlamət belə yox idi. Yavaş-yavaş özümə gəldim.nəhayət, nitqim açılan-dan sonra ondan soruşdum:- Bəs... sən burda nə edirsən?O isə mənə çox ciddi bir şey deyirmiş kimi yavaş səslə təkrar etdi:- Zəhmət olmasa... mənə qoyun şəkli çək...Bu səhnə o qədər ağlasığmaz və əsrarəngizidi ki, onun xahişindən boyun qaçırmaq heç cür olmazdı. Ölüm təhlükəsi ilə üzbəüz dayandığımbir vaxtda, yaşayış məskənlərindən min mil uzaqlarda şəkil çəkmək mənə ağılsız görünsə də,cibimdən bir vərəq və diyircəkli qələmimi çıxartdım. Amma, elə buradaca xatırladım ki,coğrafiyanı, tarixi, hesab və qrammatikanı yaxşı öyrənmişəm. Oğlana (bir az acıqlı tərzdə)bildirdim ki, şəkil çəkə bilmirəm. O isə mənə dedi:- Eyib etməz. Mənə qoyun şəkli çək.Heç vaxt qoyun şəkli çəkmədiyimə görə əvvəlki iki şəklimdən birini onun üçün təkrarən çəkdim.Bacardığım bu idi - əfi ilanın xaricdən görünüşü. Oğlanın mənə verdiyi cavabı eşidəndəheyrətləndim: yanında fil istəmirəm. Əfi ilan çox təhlükəlidir, fil isə nəhəngdir, çox yer tutur.Mənim planetim isə tamam balacadır. Mənə qoyun lazımdır. Mənə qoyun şəkli çək.Nəhayət qoyun şəkli çəkdim. O, şəklə diqqətlə baxdı, sonra isə:-Yox!, - dedi, - Bu qoyun çox sısqadır, xəstədir. Ayrısını çək. Ayrısını da çəkdim. Dostummehribanlıqla və iltifatla gülümsədi.   

Comment