26-cı hissə

  -Hardan bildin?


 Mən ona demək istəyirdim ki, bütün gözlə-diklərimin əksinə olaraq maşını düzəltməyə nailoldum! Bax, bunu sənə xəbər verməyə gəlmişdim.O mənim sualıma cavab vermədi, amma əlavə etdi: 


-Mən də bu gün evimə qayıdıram... 


Sonra kədərli halda əlavə etdi:-Mənim evim çox uzaqdadır... ora gedib çıx-maq çox çətindir... 


Mən yaxşı hiss edirdim ki, nə isə qeyri adi bir şey baş verir. Mən onu, balaca uşaq kimiqollarımın arasına alıb qucaqladım, amma mənə elə gəlirdi ki, qollarım arasından qopub düzağzı aşağı, uçuruma, fəlakətə doğru gedəcək balaca dostumu bu yoldan saxlamağa iqtidarımçatmayacaq...Onun sərt və ciddi baxışları harasa uzaqlara, ənginliklərə dikilmişdi.-Sənin qoyunun məndədir. Onun üçün yeşik də. Hələ buruntac da...O, qəmli-qəmli gülümsədi.Mən uzun müddət gözlədim. Hiss edirdim ki, o, yavaş-yavaş isinir, özünə gəlir:-Əzizim, sən yaman qorxdun ha...Əlbəttə, o, bərk qorxmuşdu! Lakin, o, xəfifcə güldü:-Bu axşam mən bundan da betər qorxacağam...Dəfedilməz bədbəxtlik hissi mənə hakim kəsildi. Doğrudanmı mən onun gülüşlərini bir dahaeşitməyəcəm? Bu mənə dözülməz dərəcə-də ağır gəlirdi. Axı həmin gülüşlər mənim üçünsəhrada bulaq kimi bir şey idi.-Əzizim, mən yenə də sənin gülüşünü eşitmək istəyirəm...Lakin o dedi:-Bu gecə il tamam olacaq. Mənim ulduzum, keçən il düşdüyüm yerin düz üstündə bərqərarolacaq...-Əzizim, bütün bunların hamısı - ilan əhvalatı da, görüş də, ulduz məsələsi də pis və qorxuluyuxudan başqa bir şey deyil, razısanmı?...Lakin, o, mənim sualıma cavab vermədi. Mənə dedi:-Ən əhəmiyyətli şeylər gözlə görmədikləri mizdir... -Əlbəttə...-Qızılgül kimi. Uzaqdakı bir gülü sevirsənsə, gecələr ulduzlara baxmaq xoş olur. Bütün ulduzlargül açır.-Əlbəttə...-Ya da ki, su. Xatırlayırsanmı... sənin mənə verdiyin su, elə bil musiqi idi, kəndirdən vəçarxdan süzülüb gələn su... o, çox dadlı idi.-Əlbəttə...-Gecələr sən ulduzlara baxırsan. Mənim ulduzum çox balacadır, onu sənə göstərə bilmirəm.Belə yaxşıdır. Mənim ulduzum, sənə görə, çoxsaylı ulduzlardan biri olacaq. Onda, sən bütünulduzlara baxmağı sevəcəksən... Onların hamısı sənin dostun olar. İndi isə sənə bir hə-diyyəmvar...O, yenə də güldü.-Ah! Balaca, əzizim, mən bu gülüşü bilsən nə qədər xoşlayıram!-Elə bu da mənim sənə hədiyyəm olacaq... su kimi...-Nə demək istəyirsən?-Demək istəyirəm ki, hər adamın öz ulduzu var. Ulduzlar bir-birinə bənzəmir. Onlar ayrı-ayrıfunksiyalar yerinə yetirir. Bəzilərinə-səyyahlara ulduzlar bələdçilik edir. Digərləri üçün on-larbalaca işıqlardan başqa bir şey deyil. Bəziləri üçün isə, məsələn, alimlər üçün, onlar problemdir.Mənim biznesmenim üçün onlar qızıldır. Lakin, bütün adamlar üçünsə ulduzlar laldır,susurlar. Dinib danışmırlar. Sənin isə, heç ki-min ulduzuna bənzəməyən ulduzların olacaq...-Bunu necə başa düşməli?-Gecələr, sən səmaya baxacaqsan, çünki orada mənim yaşadığım, mənim güldüyüm ulduzvar. Sənə elə gələcək ki, bütün ulduzlar gülür. Sənin də gülə bilən ulduzların olacaq!O, bir daha güldü.-Sən təsəlli tapanda (gec-tez hamı təsəlli ta-pır) mənimlə tanışlığından məmnun olacaqsan.Sən həmişə mənim dostum olacaqsan. Sən mənimlə birlikdə gülmək istəyəcəksən. Hərdənpəncərəni, bax beləcə şadyanalıq üçün taybatay açacaqsan... sənin dostların isə, sənin səmaya  baxıb güldüyünü görüb çox təəccüblənəcəklər. Onda sən onlara deyəcək-sən: "Bəli, bəli mənulduzlara baxanda həmişə gülürəm!" Onlar güman edəcəklər ki, dəli olubsan. Mən də səninbaşına bekara bir oyun açacam... 


O, yenə güldü. 


-Elə çıxacaq ki, mən sənə ulduzların əvəzinə bir yığın gülən zinqrov vermişəm...   

Comment